“Qarabağ” UEFA Konfrans Liqasının pley of mərhələsində cavab oyununa çıxır.
Komandamız Şorlandiyada yerli “Aberdin”lə qarşılaşacağıq. Xatırladaq ki, “Qarabağ” Bakıdakı oyunda Xayme Romeronun vurduğu yeganə qolla rəqibini məğlub etmişdi. Komandamız Şotlandiyada da sərfəli nəticə qazanacağına ümid edir. Baş məşqçi Qurban Qurbanov futbolçularının oyuna tam hazır olduqlarını deyib: "Bu, çox vacib oyundur. Ağır matçlardan sonra buralara gəlmişik. Sabahkı görüşdə bir komanda mübarizəni dayandırmalıdır. Amma komanda olaraq rəqibin təhlükəli olduğunu bilirəm. Bakıdakı oyundan əvvəl də öz fikirlərimi bildirəndə demişdim ki, onların özlərinə məxsus oyun üslubları var. Həmin oyun üslubunu da oyunçuların hamısı düzgün yerinə yetirir. Çox bacarıqlı baş məşqçiləri var. Sabahkı oyunda yaxşı oyunçulara və kollektivə qarşı mübarizə aparacağıq. Bunun də üçün hazırlaşmışıq".
"Aberdin" komandasının baş məşqçisi Stiven Qlass da iddialı danışıb: "Bütün diqqətimiz bu mərhələdə "Qarabağ"ı keçməyə yönəlib. oyuna istədiyimiz kimi nəzarət edə bilərik. Futtbolçular 90 dəqiqəyə hazırlaşır. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Xüsusi gün olacağını düşünürəm. İstəyimizi gerçəkləşdirsək, bizi nələrin gözlədiyini bilirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, bu gün“Pittodri” stadionunda keçiriləcək "Aberdin" - "Qarabağ" matçını avstraiyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq görüş İdman TV–də canlı yayımlanacaq.